Uşaqpulu tələbi populizmdir, yoxsa... – Ekspert şərhi

Uşaqpulu tələbi populizmdir, yoxsa... – Ekspert şərhi
"Təəssüf ki, Azərbaycanda mümkünlüyü şübhə doğurmayan bir çox tələblərə populizm kimi baxırlar. Uşaqpulu məsələsi heç də polulizm deyil. Onun verilməsinə başlamaq lazımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında son zamanlar geniş müzakirə olunan uşaqpulunun verilməsi tələbinin iqtisadi əsaslandırmasından danışarkən ekspert Cümşüd Nuriyev deyib: 
 
"Normal dövlətlərdə, hətta inkişaf etmiş ölkələrdə belə uşaqpulu verilir. Yaponiya, Çİn kimi inkişaf etmiş ölkələr  də bu mexanizmdən istifafə edir. Niyə 10 milyonluq Azərbaycanda uşaqpulu verilməsin?”
 
Həmsöhbətimizin fikrincə, uşaqpulu vermək üçün iqtisadi əsaslar da  var: "Birincisi, Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında orta səviyyəli ölkədir. Ölkəmizdə adambaşına düşən ümumdaxili məhsulun həcmi 9200 dollara çatmayıb. Digər tərəfdən, Azərbaycanda demoqrafik temp o qədər də yüksək deyil. Habelə, ölkəmizdə yaşam şərtləri, yəni, bazarla nominal əmək haqqı uyğun gəlmir. Kommunal xərcləri, borcları ödəyəndən sonra, nominal əmək haqqı 30 faizə qədər  azalır. Belədə, 70 faizlik nominal əmək haqqı real bazarla uyğun gəlmir. Hər bir uşağın minimum aylıq xərci 350 manatdır.  Ailədə iki uşaq varsa, ailə başçısı ayda 2 min manat maaş almalıdır. Azərbaycanda isə  bu qədər əmək haqqını yalnız nazirlər, nazir müavinləri və deputatlar alır”.
 
C. Nuriyev düşünür ki,  Azərbaycanın dövlət büdcəsi uşaqpulu məsələsini həll etməyə imkan verir: "Bunun üçün büdcədən elə də böyük ayırmalara ehtiyac yoxdur.  16 yaşa qədər uşaqlara ödəniş etmək mümkündür. Bunun üçün böyük vəsaitə də ehtiyac yoxdur. Ayda 300-400 min manat pul bəs edir”.
 
Ekspert bu məsələyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini korporativ sosial məsuliyyətdən uzaq olmaqda günahlandırıb: "Uşaqpulu vermək üçün sosial əsaslar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oturan yüksək çinlilərin ya övladları yoxdur,  ya da əksəriyyəti atalarının gül balalarıdır. Həmin nazirlikdə korporativ sosial məsuliyyət yoxdur. Ona görə də onlar uşaqpulu məsələsinə belə saymazyana yanaşırlar”. 
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...