Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”

Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”
"O qənaətdəyəm ki, uşaqpulu verilməlidir. Neft ölkəsi bu məsələni həll etməlidir. Digər neft ölkələrinə baxanda görürük ki, hamısında ehtiyacı olanlara hər səviyyədə dəstək və yardımlar edilir.  Azərbaycanda da birdəfəlik yardımlar var. Amma uşaqpulu da əlavə olunmalıdır”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında uşaqpulunun bərpası məsələsinin yenidən, Milli Məclis üzvü Aqil Abbasın timsalında deputatlar səviyyəsində belə müzakirə predmeti olmasına münasibət bildirərkən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, neft ölkəsində bu məsələdə problem olmamalıdır: "Bu məsələ tamamilə spesifik məsələdir. Düzdür, ölkədə pandemiya və Vətən müharibəsi səbəbindən müəyyən maliyyə çətinlikləri yaranıb, bununla belə problem yoluna qoyula bilər. Dövlətin nə qədər maliyyə çətinlikləri olsa da, bu məsələnin üzərinə qayıdılmalı və nəhayət, öz həllini tapmalıdır”.
 
Həmsöhbətimizin fikrincə, uşaqpulunu vermək üçün ölkədə lazımi resurslar və ehtiyatlar var: "Həmin resursları mobilizə edib, bir araya gətirib, heç olmasa müəyyən məbləğdə uşaqlı ailələrə dəstək olmalıyıq. Uşaq pulu məsələsi uzun müddətdir, cəmiyyətin bütün səviyyələrində müzakirə predmetidir.  Harada olursan, vətəndaşlar uşaqpulu məsələsini qaldırır. Ona görə də onların istəklərinə cavab verilməlidir”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...