No Image
No Image

Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”

Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”
"O qənaətdəyəm ki, uşaqpulu verilməlidir. Neft ölkəsi bu məsələni həll etməlidir. Digər neft ölkələrinə baxanda görürük ki, hamısında ehtiyacı olanlara hər səviyyədə dəstək və yardımlar edilir.  Azərbaycanda da birdəfəlik yardımlar var. Amma uşaqpulu da əlavə olunmalıdır”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında uşaqpulunun bərpası məsələsinin yenidən, Milli Məclis üzvü Aqil Abbasın timsalında deputatlar səviyyəsində belə müzakirə predmeti olmasına münasibət bildirərkən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, neft ölkəsində bu məsələdə problem olmamalıdır: "Bu məsələ tamamilə spesifik məsələdir. Düzdür, ölkədə pandemiya və Vətən müharibəsi səbəbindən müəyyən maliyyə çətinlikləri yaranıb, bununla belə problem yoluna qoyula bilər. Dövlətin nə qədər maliyyə çətinlikləri olsa da, bu məsələnin üzərinə qayıdılmalı və nəhayət, öz həllini tapmalıdır”.
 
Həmsöhbətimizin fikrincə, uşaqpulunu vermək üçün ölkədə lazımi resurslar və ehtiyatlar var: "Həmin resursları mobilizə edib, bir araya gətirib, heç olmasa müəyyən məbləğdə uşaqlı ailələrə dəstək olmalıyıq. Uşaq pulu məsələsi uzun müddətdir, cəmiyyətin bütün səviyyələrində müzakirə predmetidir.  Harada olursan, vətəndaşlar uşaqpulu məsələsini qaldırır. Ona görə də onların istəklərinə cavab verilməlidir”.
 
Elçin
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Azərbaycanın tank briqadası Xocalıya girsin" - Tofiq Zülfüqarovdan Xocalı aeroportundakı paradla bağlı təklif

Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda ...

9-16 may tarixləri ilə bağlı AÇIQLAMA: "Metro çalışa, SMS icazə gündəmə gələ bilər..."

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırıla...

Azərbaycanda karantin rejiminə dəyişiklik edildi - RƏSMİ

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin mətbuat xidmət...

Rusiyanın “miqrantları qovacam” hədəsi nə dərəcədə ciddidir? – “Hədəf Azərbaycan və Ukraynadır...”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Stati...

Ekspertdən mənzili plana düşən sakinlərə xəbərdarlıq: “Diqqətli olun, müqavilədə...”

Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və di...

Cəmil Həsənlinin qızı olayında adı hallanan Mahir əsəbləşdi: "Nə dəqiqədə bir məni yığırsız?"

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə və intim görüntülərinin internetdə yayılması ilə bağlı şikayətlər...