Uşaqların peyvənddən sonra öləcəyi ilə bağlı iddialara SƏRT CAVAB

Uşaqların peyvənddən sonra öləcəyi ilə bağlı iddialara SƏRT CAVAB
"Məktəblər açıldıqdan sonra uşaqlar arasında yoluxmaya meyillilik müşahidə olunur".

Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Pediatr peyvənddən sonra uşaqlar arasında ölüm hallarının artacağı ilə bağlı fikirlərə də münasibət bildirib:

"Son günlər valideynlər arasında təşviş, həyəcan var, bu da anlaşılandır. Təxminən ilin əvvəlində belə bir fikir tirajlanırdı ki, uşaqlar üçün xüsusi vaksin hazırlanır, amma olmadı. Çünki indi Avropa ölkələri 12 yaşdan yuxarı uşaqların "Pfizer"lə peyvənd olunması qərarını veriblər. Bizdə də bu qərar var.
 
Amma peyvəndləmə kampaniyası başlamamış, valideynləri qorxuya salırlar ki, guya peyvənd uşaqların həyatına ciddi təhlükə yaradacaq. Bu, heç bir elmi sübuta əsaslanmayan fikirdir. Bu fikrin daşıyıcıları arasında immunologiyadan, virusologiyadan, epidemiologiyadan kifayət qədər bilgisi olmayan həkimlər var. Bu fikrin real olması ilə bağlı mötəbər mənbə yoxdur. Əgər varsa, bizə də göstərsinlər. Onsuz da iki ildir, insanlar aşırı gərginlik içində yaşayır. Uşaqlar isə ən həssas yerimizdir".
 
Əzizə Zeynal
 
 
 

OXŞAR XƏBƏRLƏR