Uşaqları zərərli informasiyadan necə qorunmalı?- Qanunvericilik sərtləşdirildi

Uşaqları zərərli informasiyadan necə qorunmalı?- Qanunvericilik sərtləşdirildi
 

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəlləyə yeni 388 – 2 (Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilir.
Əlavəyə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən, qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla  informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, yayımçılar tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin 1-ci və sonuncu səhifələrində çap məhsullarının və digər poliqrafik üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırılmadan yayılmasına görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.

OXŞAR XƏBƏRLƏR

Bakı Nəqliyyat Agentliyindən "Tender" açıqlaması

  "Son günlər sosial şəbəkələrdə "Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi tenderin qalibi olması barədə müxtə...

Vətəndaşlar özləri avtobuslarda tibbi maskadan istifadəyə nəzarət etməlidir - RƏY

  Koronavirusa qarşı mübarizədə əsas tələblərdən biri də qoruyucu tibbi maskadan istifadədir. İnsanların bir yerə toplaşdığı və demək olar ki, hər gün işə...

Baş Prokurordan yeni TƏYİNATLAR

  Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Hərbi...

Deputat: “Ön xəttə səfərlər ordunun döyüş ruhunu yüksəldir”

  "Bu gün Azərbaycan Ordusu bütün istiqamətlərdə inkişaf edir". Sfera.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Müda...

İsti hava sabah da diskomfort yaradacaq

Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə 9 iyulda Bakıda və Ab...

Kərə yağı adı altında görün nə satırlarmış - Foto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətin...