Uşaqları bədbəxt hadisələrdən necə qorumalı? – Hündürmərtəbəli binalarda yaşayanlara tövsiyə

Uşaqları bədbəxt hadisələrdən necə qorumalı? – Hündürmərtəbəli binalarda yaşayanlara tövsiyə
Ötən gün Abşeronda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. Son zamanlar təəssüf ki, bu tip xəbərlər artmaqda davam edir. Övladlarını nəzarətsiz qoyan valideynlər nəticədə ağır fəsadlarla üzləşməli olurlar.

Bu baxımdan çoxmərtəbəli binalarda yaşayan şəxslər uşaqlarla bağlı hansı təhlükəsizlik tədbirlərini görməlidirlər?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki, istər həyət evlərində, istər də çoxmərtəbəli bina evlərində uşaqları tək və nəzarətsiz qoymaq olmaz:
 
"Uşaqlar daim nəzarətdə olmalıdır. Ani bir diqqətsizlik bədbəxt hadisəyə səbəb ola bilər. Evdə uşaqlar üçün əsas təhlükə uşağın pəncərəyə çıxması, məhəccərdən aşağı boylanmasıdır. Pəncərələr bağlı olanda ehtiyat kilidlər də bağlanmalıdır. Məhəccərə uşağın boylanmaması üçün öncədən uşaqları ora yaxınlaşmanın təhlükəli olması barədə öyrətmək lazımdır.
 

Bəzən valideynlər özləri uşaqları pəncərəyə çıxarır, orada otuzdurur, məhəccərin üstündə tutub oynadır ki, bu da uşaqlarda marağa səbəb olur. Fürsət düşən kimi özləri bunu təkrarlamaq istəyirlər. Bunun isə sonu bədbəxt hadisələrə gətirib çıxarır. Ona görə ilk növbədə valideynlər uşağı buna öyrəşdirməsinlər. Uşaqları evdə tək qoymaq, yaxud gəzməyə, istirahətə gedəndə nəzarətsiz saxlamaq olmaz”.

Ekspert qeyd edib ki, binalarda məhəccərin üstündən 40 santimetr hündürlükdə sep qoruyucu olmalıdır: "Bu, həm uşaqlar, həm də böyüklər üçün təhlükə riskini aradan qaldırır. Uşaq olan evdə eyvanda stul, şkaf və s. kimi əşyalar olarsa, nəzərə almaq lazımdır ki, uşaqlar onun üzərinə çıxmaqla aşağı boylana bilərlər. Eyvana çıxan qapını bağlı saxlamalıyıq. Evdə digər təhlükə risklərinə də diqqət etmək mütləqdir. Uşaqların elektrik birləşdiriciləri ilə təmasının olmamasına fikir vermək, kimyəvi tərkibli yuyucu və təmizləyici vasitələri, təmir-tikinti materialları, kosmetika və elektrik avadanlıqlarına uşaqların əl çatanlığını məhdudlaşdırmaq lazımdır. Uşaqların əşyalarla nəzarətsiz təması özlərinə xəsarət yetirməyə, zəhərlənməyə, yanmaya və ağır zədələrə səbəb ola bilər”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...