Uşaqlarda koronavirusun əsas simptomları hansılardır?

Uşaqlarda koronavirusun əsas simptomları hansılardır?
"COVID-19 virusu bütün yaş qruplarına, eləcə də uşaqlara təsir edə bilər”.

Sfera.az xəbər verir ki, bunu 15 saylı uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr Şükufə Əlikişibəyova deyib.

O bildirib ki, xüsusilə, ətraflarında yoluxmuş şəxslərin olması uşaqları COVID-19 infeksiyasına gətirib çıxara bilər:

"Uşaqların bu xəstəlikdən təsirlənmədikləri və koronavirusun erkən mərhələlərində ciddi xəstəliklərə tutulma ehtimallarının daha az olduğu düşünülsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq. Uşaqlarda koronavirus müxtəlif simptomlarla müşahidə edilə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları mümkündür. Bəzi uşaqlarda ishal və qarın ağrısı kimi həzm problemləri yanaşı görülə bilir. Bundan başqa uşaqlarda yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədəndə səpkilərin olması da koronavirusun əlamətləridir. Son məlumatlarda məlumdur ki, koronavirus bir həftə ərzində irəlilədikdə və müalicə edilmədikdə ciddi problemlərə, o cümlədən ürək və qan laxtalanma problemlərinə rast gəlinir. Bu simptomlar hətta həyatı təhdid edə bilər”.
 
(Bakupost.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazirlik immunitet və peyvənd sertifikatları ilə bağlı VACİB MƏLUMAT YAYDI: "Müddətsiz olaraq uzatmaq üçün..."

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "İmmunitet sertifikatı”nın "Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydasını açıqlayıb. Sfera.az  xəbər v...

Evdə koronavirusa yoluxan varsa, ailənin digər üzvlərini necə qoruyaq?

Koronavirusa yoluxub ev şəraitində sağalanların sayı kifayət qədərdir. Sağalma prosesini sürətləndirmək və COVID-19-un ailənin digər üzvlərinə keçməsinin qarşıs...

Uşaqlar koronavirusu necə keçirir? - BAŞ İNFEKSİONİSTDƏN AÇIQLAMA

Uşaqlar koronavirus infeksiyasını yüngül keçirir. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildi...

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür? Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, ösk...

Uşaqlarda koronavirusun əsas simptomları hansılardır?

"COVID-19 virusu bütün yaş qruplarına, eləcə də uşaqlara təsir edə bilər”. Sfera.az xəbər verir ki, bunu 15 saylı uşaq poliklinikasının şöbə müdiri, həkim...

Mövsümi qrip epidemioloji vəziyyəti ağırlaşdıra bilər - XƏBƏRDARLIQ

Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxtın keçirilməsi epidemioloji vəziyyətə mənfi təsir göstərə bilər. ...