Uşaqlarda aşkarlanan sirli hepatit virusu pandemiyaya çevrilə bilər? - Say artmağa davam edir…

Uşaqlarda aşkarlanan sirli hepatit virusu pandemiyaya çevrilə bilər? - Say artmağa davam edir…
İlk dəfə Böyük Britaniyada müşahidə edilən, sonra isə 11 ölkəyə yayılan sirli hepatit virusunun səbəbinin müəyyən edilməməsi yeni pandemiya narahatlığına səbəb olur.

Sfera.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək ən azı 169 uşağın səbəbi bilinməyən hepatit virusuna yoluxduğunu, bir nəfərin isə dünyasını dəyişdiyini açıqlayıb.

Məlumatda bildirilib ki, hepatit virusu adətən 1 aydan 16 yaşa qədər olan uşaqlarda müşahidə olunur və virusun ağır təsiri nəticəsində qaraciyəri çökən 17 uşaqda qaraciyər transplantasiyası əməliyyatı aparılıb.

Virusun ümumi simptomlarının qarın ağrısı, ishal və qusma olduğu, yüksək hərarətin əksər hallarda müşahidə olunmadığı bildirilib. 

Bunun COVID-19 və adenovirusla əlaqəli olması mümkündürmü?

Xəstəliklərin yayıldığı ölkələrin alimləri sirli hepatitin COVID-19 və yuxarı tənəffüs yollarına təsir edən adenovirusla əlaqəli olması ehtimalını nəzərdən keçirirlər. Adenoviruslar adətən soyuqdəymə, qusma və ishal daxil olmaqla bir sıra ümumi xəstəliklərə səbəb olan bir virus növüdür.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək yoluxanların 74-də adenovirus, 20-də COVID-19, 19-da isə həm adenovirus, həm də COVID-19 aşkar edilib.

ÜST, hepatit virusunun COVID-19 və adenovirus ilə əlaqəsinin mümkünlüyünü aydınlaşdırmaq üçün laboratoriyada yoluxma hallarından götürülmüş nümunələri araşdırır. İndiyə qədər bu iki virusla birbaşa əlaqə aşkarlanmayıb.

İngiltərədəki Sağlamlıq Təhlükəsizliyi Təşkilatının rəsmiləri COVID-19 da daxil olmaqla digər infeksiyaları və ətraf mühit amillərini də qiymətləndirdiklərini vurğulayırlar. Bəzi ekspertlər COVID-19-a qarşı karantin zamanı viruslarla təmasın azalması nəticəsində uşaqların immun sistemlərinin zəifləməsi və buna görə də həmişəkindən daha ağır simptomların görünməsi  ehtimalının olduğunu hesab edirlər.

İngiltərədə nəşr olunan "İnews” qəzetinə açıqlama verən Qaraciyər və Mədə-bağırsaq Tədqiqat Mərkəzində viral toxunulmazlıq üzrə çalışan dosent Zania Stamataki gənclərdə hepatit kimi tanınan adenovirusun səbəb olduğu qaraciyər iltihabının görülməsinin qeyri-adi olduğuna diqqət çəkib:
"Uşaqlarda hepatitin qəfil yayılması qeyri-adi və narahatedicidir. İmmun sistemi zəif inkişaf etmiş uşaqlarda qaraciyər xəstəliyinə səbəb olan adenvirusun yeni variantı ola bilər, lakin biz buna əmin olmalıyıq".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aprelin 5-də Şotlandiyada 10 yaşa qədər 10 uşaqda ilk dəfə aşkarlanan hepatit virusu aprelin 8-də İngiltərəyə yayılıb və daha 64 uşaq virusa yoluxub.

Hepatit yoluxmaları sonradan İsrail və ABŞ-da, xüsusən də bəzi Avropa ölkələrində yayılıb. Aprelin 21-nə olan məlumata görə, Böyük Britaniyada 114, İspaniyada 13, İsraildə 12, ABŞ-dan 9, Danimarkada 6, İrlandiyada 2, Hollandiya və İtaliyada 4, Norveç və Fransanın isə hər birində 2 hepatit xəstəsi aşkarlanıb.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...