Uşaqlara da peyvənd vurulacaq? - Açıqlama

Uşaqlara da peyvənd vurulacaq? - Açıqlama
Türkiyə Səhiyyə Nazirliyi 12 və daha yuxarı yaşda olan uşaqların da peyvəndlənəcəyini açıqladı. Bir müddətdir ölkəmizdə də uşaqların vaksinləşdirilmə prosesinə cəlb olunacaqları barədə iddialar irəli sürülür. 
 
Bəs, buna ehtiyac varmı? 
 
Bu barədə Sfera.az-a açıqlamasında infeksionist həkim Vüqar Cavabzadə bildirib ki, hələlik uşaqlar arasında peyvəndin tətbiqinə ehtiyac yoxdur.

"Azərbaycan uşaqların peyvəndlənməsi məsələsində gözləmə mövqeyi tutmalıdır. Sevindirici haldır ki, Azərbaycanda 18 yaşdan aşağı yaş qrupunda COVİD-19-dan dünyasını dəyişənlər olmayıb. Odur ki, vaksinasiya prosesi ancaq 18 yaşdan yuxarı insanlar arasında sınaqdan keçirilib. Ona görə düşünürəm ki, uşaqlar arasında vaksinin tətbiqi istiqamətində tələsməyə ehtiyac yoxdur”, - deyə infeksionist qeyd edib.
 
Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR