Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı

Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı
ABŞ-ın dərman şirkəti olan "Johnson and Johnson” 12-17 yaşlılar üçün də koronavirus vaksinləri hazırlayacaq.

Sfera.az xəbər verir ki, kliniki sınaqlar artıq ikinci mərhələdədir.

Vaksinlər əvvəlcə 16-17 yaşlı könüllülər üzərində sınaqdan keçiriləcək, daha sonra 12 yaşa doğru davam edəcək.

Bildirilib ki, koronavirusun yeniyetmələrdə xəstəlik fəsadları qədər təhsil, zehni sağlamlıq və sosial vəziyyətləri diqqətdə olacaq.

O da qeyd edilib ki, günlük həyata dönmək üçün hər kəsi əhatə edən vaksinlər hazırlanması həyati əhəmiyyət daşıyır. //Qafqazinfo

 

 
 
 

OXŞAR XƏBƏRLƏR