Uşaqlar arasında yayılan xəstəliyin səbəbi nədir? – Pediatrdan AÇIQLAMA
16:04 / 12.01.2022
1316
"Məktəb
və bağçalarda xəstəliklər çox yayılıb. Uşaqların xəstəlikdən tam sağalmadan
kollektiv içərisinə buraxılması da xəstəliklərin daha geniş sferada yayılması
ilə nəticələnib”.
Bunu
Sfera.az-a açıqlamasında pediatr Sevda Novruzova bildirib. Pediatr son zamanlar
uşaqlar arasında xəstəliklərin çoxaldığının və ağırlaşmaların olmasının səbəblərini
açıqlayıb:
Pediatr
valideynlərin uşaqların qida və yuxu rejiminə diqqət yetirməli olduğunu qeyd
edib:
"Xüsusilə
qış aylarında oynaq ağrıları, üşütmə kimi hallar olan kimi həkimə müraciət etmək
lazımdır, çünki belədə daha çox ağırlaşmalar yaşana bilər. Bəzi uşaqlarda iştahasızlıq
yaşanır ki, bunun qarşısını almaq üçün bol maye və vitaminli qidalardan istifadə
zəruridir. Uşaqların yuxu rejiminə diqqət yetirilməlidir ki, immun sisteminin
inkişafı qaydasında getsin. Bəzən uşaqlar gecə 11-də yaxud gecəyarısı yatağa
girir, belə olmaz. 7-8 saat yuxu uşaqlar üçün mütləqdir. Axşam saat 10-dan
etibarən uşaq yatmalıdır”.