Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa yoluxanlar, adətən, yüksək hərarət, qusma, burun axması, baş və əzələ ağrılarından şikayətlənirlər. 

Bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, son aylar yoluxucu virus infeksiyası, öncədən rotavirus, onun ardınca da adenovirus müşahidə olunub:

"Bunların ortaq nöqtələri odur ki, gedişatları qusma, ishal, qızdırma ilə müşayiət olunur. Yanaşma belədir ki, əgər həddən artıq maye itkisi yoxdursa, virusların müalicəsi sadəcə simptomatikdir. Əgər qızdırma yüksəkdirsə, bunu dərmanlarla salırıq. Qusması varsa, qusma əleyhinə dərmanlar istifadə edirik. Qarıngetmələrdə isə bağırsaq ortamını düzənləyən bifida-lakta bakteriyalardan, probiotiklərdən istifadə oluna bilər”.

Həkimin sözlərinə görə, bu infeksiya uşaqlarla müqayisədə, böyüklərə nadir hallarda keçir:

"Nadir hallarda da olsa, böyüklərə də keçə bilər. Yoluxucu viruslardan qorunmaq üçün sadəcə gigiyenik təmizlik vaistələrindən istifadə edərək, əlləri təmiz saxlamaq lazımdır. Bu, uşaqlarda bir qədər çətin olduğuna görə, hər yerə əl vurduqları üçün virus daha tez və çox yayılır. Amma böyüklər buna riayət edə bilərlər”.

Pediatr Əkbər Quliyev onu da əlavə edib ki, əgər qusma, ishal və maye itkisi çoxdursa, mütləq həkimə müraciət edilməlidir:

"Hər bir infeksiyanın təhlükəsi var. Amma nadir hallarda ağırlaşmalar ola bilər. Ağırlaşma müşahidə olunarsa, halsızlıq və yorğunluq davam edərsə, mütləq həkimlərə müraciət etsinlər”.
 

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...