“Uşaqlar arasında virus geniş yayılıb, keçən ilin bu vaxtları belə deyildi” – Pediatr
11:53 / 05.10.2021
591
"Uşaqlar
arasında mövsümi viruslar geniş yayılıb. Keçən ilin bu vaxtları vəziyyət belə
deyildi".
Sfera.az xəbər verir ki, bunu pedaiatr Vaqif
Qarayev deyib. Pediatr ötən ilin bu
vaxtları qapanmanın olmasına diqqət çəkib:
"Keçən ilin bu vaxtları uşaqlar məktəbə, bağçaya
getmirdi. Qapanma olduğu üçün mövsümi xəstəliklər bu qədər yayılmamışdı. Mövsümi
viruslardan qorxmaq lazım deyil.Yetər ki, vaxtında həkimə müraciət olunsun, xəstə
uşaqlar bağçaya, məktəbə getməsin, adi gigiyenik qaydalara əməl olunsun".
V.Qarayev ailədə koronavirus xəstəsi olan uşaqlarla
bağlı məsələyə də toxunub: "Ailədə koronavirus xəstəsi varsa, yaxud olubsa
bunu həkimdən gizlətmək mənasızdır. Həkimə vaxtında və düzgün müalicənin aparılması
üçün dəqiq məlumat verilməlidir".
Sfera.az