“Uşaq pulunu versinlər, şagirdlər avtobusa pulu özləri ödəyər” – Ekspert

“Uşaq pulunu versinlər, şagirdlər avtobusa pulu özləri ödəyər” – Ekspert


"Orta məktəb şagirdlərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi yaxşı təklifdir, ancaq mümkün deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri şagird kontingentinin ictimai nəqliyaytdan pulsuz istifadə etməsi məsələsinin gündəmə gəlməsinə münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü deyib:

 

"Bu real olaraq həyata keçirilməyəcək təklifdir. Uşaq pulunun verilməsinə qarşı çıxanlar indi nədən bu təklifi irəli sürürlər? Bu təklifin həyata keçirilməsi yollarını görmürəm. Yaxşı olar ki, uşaqlara ödəniləsi uşaq pulları verilsin, onda şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etmələrinin vacibliyini məsələsi də qaldırılmaz. Bunu təcrübədən irəli gələrək deyirəm. Bir vaxtlar müəllimlər də ictimai nəqliyyatdan pulsuz istifadə edirdi. Ancaq bu hal onlara qarşı sürücülər tərəfindən təhqirlər, nalayiq hərəkətlərə gətirib çıxartdı. Müəllim və digər dövlət müəssisələrində işləyən məmurların əmək haqqı yetərincə olmalıdır ki, onlar da belə güzəştlərdən istifadə etmək məcburiyyətində qalmasınlar”.

 

M. Mürşüdlünün fikrincə, şagirdlərlə bağlı bu məsələdə çıxış yolu onlara çatacaq uşaq pulunun bərpasından, ailənin maddi cəhətdən təmin edilməsindən keçir: "Bu baş verərsə, şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə məsələsinin qaldırılmasına da ehtiyac olmayacaq. Başqa cür bu təklifin reallaşması mümkün deyil. Belədə sual da yarana bilər, niyə şagirdlərə bu güzəştlər edilir, ancaq tələbələrə yox?”

 

Elçin


OXŞAR XƏBƏRLƏR