“Uşaq pulu bütün ailələrə şamil edilməsin”- TƏKLİF

“Uşaq pulu bütün ailələrə şamil edilməsin”- TƏKLİF
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini hökumətə təqdim edib. Bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir: " Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir.

Təklif edilən mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır.

3 yaşınadək uşaqlara aylıq 80 manat,  4-7 yaş arası 50 manat, 7-17 yaş rası uşaqlar üçün isə 40 manat müavinət verilməsi nəzərdə tutulur.

Bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alanda məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır”.

İqtisadçı həmçinin sözügedən illik məbləğin ödənilməsi yollarını da təklif edib: "Əvvəla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”.

İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında mərkəzin təkliflərini xoş qarşıladığını bildirib. Onun sözlərinə görə dövlət sosial sahədə addımlar atmalıdı. Amma bu məbləğin büdcəyə olan yükü nəzərə alsaq, 1,6 milyar manat və büdcənin 6,5 faizi, bu vəsaitin mənbəyi maraqlı olacaq. Necə formalaşacaq, hansı mənbələr əsasında. Lakin bazara böyük pul kütləsinin daxil olması əlavə risklər də yaradır. "Həmçinin infilyasiyaya təsiri diqqətdə saxlanılmalıdı. Sosial sahədə atılan son addımlar əlavə olaraq bazara 3-4 milyard manatın daxil olmasıyla nəticələnəcək. Bu da qiymətlərin artımına, infilyasiyaya səbəb ola bilər”. Ekspert uşaqlara müavinətin verilərkən daha çox ehtiyacı olan ailələrin nəzərə alınmasını zəruri hesab edir.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...