Uşaq inspektorları sistemi bərpa edilir? – “Məktəblərdə vəziyyət acınacaqlıdır…”

Uşaq inspektorları sistemi bərpa edilir? – “Məktəblərdə vəziyyət acınacaqlıdır…”
Son zamanlar məktəblərdə şagirdlərin özbaşınalığı müzakirə obyektinə çevrilib. Müəllimlərin belə öhdəsindən gələ bilmədiyi uşaqların olduğu danılmaz faktdır - məktəbə bıçaq gətirib hamını hədələyən, müəllimləri söyən şagirdlərlə bağlı da zaman-zaman məlumatlar yayılır.
 
Bununla yanaşı, ilboyu məktəblərdəki intihar halları, cinayət tərkibli əməllər, narkotikə qurşananlarla bağlı xəbərlərin sayı da təəssüf ki, artmaqda davam edir. Bu baxımdan, məktəblərdə uşaq inspektorlarının fəaliyyəti mütəmadi olaraq gündəmə gəlir.

Maraqlıdır, orta məktəblərə polis nəzarətinin gücləndirilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Sfera.az-a açıqlamasında deyib ki, Sovetlər birliyi dönəmində daxili işlər orqanı sistemində  bütün rayon polis şöbələrində uşaqlarla məşğul olan inspektorlar var idi. Onun sözlərinə görə, həmin  xidmət sahəsi əməliyyat xidmətinin tərkibində idi və adətən çalışırdılar ki, bu sahəyə qadınları cəlb etsinlər:


 
"O cümlədən Azərbaycanda da həmin sahədə işləyənlərin böyük əksəriyyəti qadın idi. Çünki uşaqla ünsiyyətdə olan zaman qadın daha mehriban ola bilirdi – bir ana, bacı kimi. O zaman dövlət strukturu da başqa cür idi, icra hakimiyyəti yox idi, həm katiblik, həm də Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsi mövcud idi. Həmin komitənin nəzdində komissiyalar olub – biri də azyaşlılar üzrə.
 
Bu qurumlar orta məktəblərlə sıx əlaqə saxlayırdılar, mütəmadi olaraq ora gəlib gedirdilər, ara-sıra tədbirlər keçirib çıxışlar edirdilər. Sovet dönəmində təhsil sistemi başqa cür idi və mətkəblərdə təlim, tədris daha yüksək səviyyədə təşkil edilirdi. Ümumiyyətlə, təlim-tərbiyə təhsillə paralel olmalıdır. Təlim-tərbiyə aşağı səviyyədə olanda təhsil də eyni cür olur. Bu məntiqdir. SSRİ dağıldı, müstəqil respublikalar yarandı, sərhədlər açıldı, texnologiya güclü inkişaf yolu keçdi. Eyni zamanda texnologiya, açıq danışsaq, tərbiyəsizliyə də yol açdı. İndi 10-11 yaşlı uşaqlar kriminal oğru aləmi ilə bağlı məlumatlara baxırlar - qadınları necə satırlar, qızları necə oğurlayırlar və.s.  Yəni artıq ayılırlar”.

Müsahibimiz bildirib ki, son zamanlar məktəblərdəki hadisələr valideynlərdə, ictimaiyyətdə narahatlıqlara səbəb olur və bu da yenidən uşaq inspektorları ilə bağlı məsələyə geri dönüşü aktuallaşdırır:



"Yeniyetmələrin qanı qaynar, beyni nəyəsə meylli olur, bu sahəyə diqqət etmək lazımdır, boş buraxmaq olmaz. Müstəqilliyin ilk illərində də bu sahə o qədər də unudulmadı. (1995-ci ilə qədər). Lakin sonradan yavaş-yavaş struktur dəyişdi, sahə yaddan çıxdı, qeyd etdiyim kimi texnologiya kəllə-çarxa vurdu, 10 yaşında uşaq dünya aləmlə maraqlanmağa başladı, hərənin əlində bir telefon, kompüter, istər-istəməz bu, məktəbdəki təhsil və təlim-tərbiyəyə mənfi təsir etdi. Uşaq inspektorları artıq öz işlərini yüksək səviyyədə qurmadılar və quldurluq, oğurluq artdı. Üstəgəl valideynlərdə də günah var. Onlar uşağın başını bir az buraxdılar, hər valideyn övladına 500-600 manatlıq telefon alıb verdi. Eyni zamanda orta məktəbdəki rəhbərlik də əvvəlki kimi deyil. O zaman məktəb direktorunu, müavinini görən kimi biz başımızdakı papağı çıxarırdıq, gizlənirdik ki, müəllim bizi görməsin. İndi uşaqlar müəllimlə qabaq-qabağa siqaret çəkirlər. Bu məktəbdən kim nə gözləyir? Məktəb rəhbərliyindəki o inzibatçılıq, aristokratlıq, kübarlıq səviyyəsi də düşüb. Bunların hamısı sonda orta məktəbin ətrafında, daxilində inzibati xətaların baş verməsinə, cinayət tərkibli əməllərin olmasına gətirib çıxardı. Tutaq ki, uşaq inspektorları qaydası yenidən bərpa olundu, hər rayonda da 10 belə ştat açdıq. Bu, effekt verməyəcək”.

M.Hacıyev əlavə edib ki, problemlər kompleks halında həll olunmalıdır:

"Uşaq inspektorlarının sayını artırmaqla, məktəbin qırağında məcazi mənada 100 nəfərlik polislərdən ibarətə mühasirə bloku yaratmaqla bu işin öhdəsindən gəlmək olmaz. Cəza sistemi ilə bu cür halların qarşısını almaq mümkün deyil. İcra hakimiyyəti, Bakı Şəhər Təhsil İdarəsi, rayondakı təhsil şöbələri, orta məktəb rəhbərliyindəki təmsil olunanlar, valideynlər, son məqamda inzibatçı nöqteyi-nəzərindən uşaq inspektorları birgə çalışmalıdır. Əks halda, məktəblərdəki vəziyyət belə də davam edəcək”.



Günay Rəsulqızı

QEYD: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.
 
MÖVZU: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
 

OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...