Uşaq dünyaya gətirən 11 yaşlı qızdan YENİ XƏBƏR
10:43 / 02.11.2021
821
Ögey atasından hamilə qalaraq dünyaya uşaq gətirən qız və körpəsi xəstəxanadan buraxılır.
Sfera.az bildirir ki, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O, bildirib ki, bu gün ana və körpə xəstəxanadan çıxacaq:
"Məndə olan məlumata görə, 11 yaşlı ana və körpəsi bu gün xəstəxananı tərk edəcəklər. Bu haqda əlavə məlumatım yoxdur. Onların gələcək taleyi və hara gedəcəkləri haqqında aidiyyatı qrumlar qərar verəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən Lent.az-a bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.