Uşaq bağçalarına qədər gedib çıxan \"leş ətləri\" - HƏYƏCAN TƏBİLİ çalınır

Uşaq bağçalarına qədər gedib çıxan \
"Leş mafiyasının "əl”i hər yerə gedib çıxıb. Artıq o şadlıq evlərində toy da olub, yemək də yeyilib”
 
Zəhərlənmələrin ən çox rast gəlindiyi yerlərdən biri şadlıq evləri, kafelər, restoranlar və.digər iaşə obyektləridir. Əhali həmin yerlərdə kütləvi ştirak edir və əsasən ət yeməkləri yeyirlər. Əsas məsələ da ölkənin ictimai iaşə məkanlarında yeyilən ət və digər məhsulların keyfiyyəti ilə bağlıdır. Maraqlıdır, görəsən hər toyda azı 300 nəfəri qəbul edən 1 şadlıq evi böyük miqdarda əti haradan alır? Qida Təhlükəsizlik Agentliyi (AQTA) şadlıq evləri, restoranlar və kafelərin ət almaq proseslərinə nəzarət edirmi?
 
 
Mövzu ilə bağlı Azad istehlakçılar Birliyinin sədri Eyyub HüseynovunLent.az -a verdiyi açıqlamasına görə, nəinki hansısa dövlət qurumu, hətta insanların da haqqı var ki, yedikləri və aldıqları məhsulun mənbəyini öyrənsinlər:
 
 
"Leş mafiyasının "əti” restoranlara, hətta uşaq bağçalarına qədər gedib çıxır. Sadəcə, bunu cəmiyyətə demək hələ tezdir. Yəqin ki, bu iş tədqiq olunacaq. Əgər Daxili İşlər Nazirliyi bu əməliyyata son qoyacaqsa, cəmiyyətə verilən məlumatı olduğu kimi də saxlamaq olar. Çünki artıq şadlıq evlərində camaat toy da edib, yemək də yeyib. Düşünürəm ki, leş mafiyası ifşa olunarsa, onların əməllərini açıqlamağa ehtiyac yoxdur. Ancaq belə görünür ki, onların "əl”i hər yerə gedib çıxıb. Təəssüf ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olduğu üçün restoran, kafe və.digər yerləri yoxlaya bilmir. Ancaq hər bir istehlakçının haqqı var ki, aldığı məhsulun mənbəyi barədə məlumat əldə etsin”.
 
AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, əhalinin sağlamlığının qorunması üçün agentlik əməkdaşları qida zəncirinin bütün mərhələlərinə nəzarət edir.
 
 
"Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu yerlərdə də agentliyin əməkdaşları mütəmadi monitorinqlər həyata keçirir. Konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda növbədənkənar (plandankənar) yoxlamalar da aparılır”.
 
Qida Təhlükəsizlik Agentliyi məsələ ilə əlaqədar Lent.az vasitəsilə əhaliyə və sahibkarlara çağırış edib: "Vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşsalar, həmin müəssisələrdə qidaların tərkibi, keyfiyyəti ilə bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır”.

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...