Universitetlərə yeni MƏHDUDİYYƏT QOYULACAQ

Universitetlərə yeni MƏHDUDİYYƏT QOYULACAQ
Ali və orta ixtisas təhsil müəssiələrində müəyyən məhdudiyyətlər nəzərdə tutulur və bu məhdudiyyətlərdən biri də ondan ibarətdir ki, auditoriyanın 70 faizindən istifadəyə icazə verilir.

Sfera.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, əgər tələbə sayı 70 faiz limiti aşırsa, yəni tələbə sayı auditoriyadakı yerlərin 70 faizindən çoxdursa, o halda tədrisin alternativ qaydada təşkili ali təhsil müəssisələrinin öz səlahiyyətlərinə buraxılır: "Bu alternativ tədris müxtəlif qaydalarda təşkil edilə bilər. Yəni qruplar növbəli şəkildə tədrisə cəlb oluna bilər və ya zərurət yarandıqda distant formada tədris təşkil oluna bilər”.

Alterativ dərslərin təşkil olunacağı halda, müəllimlərin dərs yükünün artacağı məsələsinə gəlincə isə N.Məmmədli bildirib ki, bu məsələ təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək: "Əgər distant təhsildən söhbət gedirsə, burada müəllimlərin dərs saatında ciddi dəyişiklik olmayacaq, çünki həmin qrupun eyni vaxtda cəmlənməsi nəzərdə tutulur. Əgər növbəli şəkildə tədrisin təşkilindən söhbət gedirsə, bu halda, müəllimlərin dərs yükü arta bilər və bu da təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək”.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Uşaqların nitqində problem yaranacaq” – Psixoloq distant təhsilin zərərlərindən danışdı

"Uşaqlar arasında koronavirusdan ölüm halının qeydə alınması məktəblilərdə ölüm qorxusu yaradacaq”.   Bunu Sfera.az-a açıqlamasında "Dərya” Tədris...

Daha iki universitetdə tələbələr koronavirusa yoluxdu, 14 qrup bağlandı

Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb...

Koronavirusa görə bağlanmış siniflər üçün 14 günlük karantin yetərlidir? - Açıqlama

Ali və orta təhsil müəssisələrində koronavirusa yoluxma ilə əlaqədar bəzi sinif və qruplar 14 günlük distant təhsil rejiminə keçib. Maraqlıdır,14 gün ...

Məktəblər bağlanır? - RƏSMİ

Son zamanlar yoluxma statistikasının artması, eyni zamanda dünən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamilin koronavirusdan və...

Bu sənədi təqdim etməklə ali məktəbə qəbul MÜMKÜN OLACAQ

Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edilir. Sfera.az bildirir ki, qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, yüksək texniki peşə...

Nə qədər müəllim vaksinasiyadan keçib? - AÇIQLAMA

"Pandemiya bitməyib. Vaksinasiya pandemiyanın bitməsi üçün ən qısa yoldur. Tədris ilinin ləngimə ilə başlaması da məhz bu səbəbdən idi”. Sfera.az xəbər ve...