Unimetal şirkəti Fonda könüllü ödəmə etdi - MƏBLƏĞ

Unimetal şirkəti Fonda könüllü ödəmə etdi - MƏBLƏĞ

Unimetal şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində könüllü ödəmə edib.

 

Şirkət koronavirusla mübarizə üçün dövlət tərəfindən atılan addımları yüksək qiymətləndirir və müvafiq tədbirlər görür.

 

Şirkətin iş yerlərində dezinfeskiya işləri mütəmadi olaraq aparılır, maska, əllərin yuyulması və spirtlənməsi qaydalarına əməl olunması üçün hər cür şərait yaradılıb. İşçilərin yarısından çoxu növbəli şəkildə və ya onlayn rejimdə işləyir.

 

Onlayn təmassız satışlar üçün sistemlər hazırlanır və artıq ilk tətbiqlər başlayıb. İşçilərin maaşları evdə qaldıqları dövrdə də tam ödənilir və ixtisarlar nəzərdə tutulmur.

 

Unimetal MMC metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan yerli istehsalçı şirkətdir. Şirkət Azərbaycanda tikinti, kənd təsərrüfatı, metal konstruksiya və kommunikasiya sənayeləri üçün uzun və yastı prokat təchizatçısıdır.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

 

OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...