Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirildi

Unibankın  20 milyon manatlıq istiqrazı uğurla yerləşdirildi

"Unibank” KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri "Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

 

Bu qiymətli kağızların diqqətəlayiq xüsusiyyəti onun yüksək likvidliyidir. Marketmeyker bütün dövriyyə müddətində qiymətli kağızların alqı-satqısı üçün kotirovkaların saxlanmasına zəmanət verir.


Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadəbildirib ki, ölkənin maliyyə bazarında innovasiyalar sahəsində lider olan Unibank, həmçinin dinamik inkişaf edən qiymətli kağızlar bazarında da həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk emitentlərindən biridir: "Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Banka müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını təmin etməklə yanaşı, aktiv marketmeytinq sayəsində bazara qısamüddətli likvidliyin idarə edilməsi üçün yeni alət verir. Bu alət vasitəsilə həm korporativ,həm də pərakəndə müştərilər istənilən vaxt istiqrazları ala və sata bilərlər. Bu isə onlara illik depozitlərlə müqayisə edilə bilən, lakin daha qısa müddətə gəlir təmin etmək imkan yaradacaq”.


Unibank KB ASC-nin bütün istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə keçirilib. Unibank korporativ sektordan artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan ilk yerli emitentdir.Qeyd edək ki, premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...