Unibank yeni nəsil smart kassaları istifadəyə verib

Unibank yeni nəsil smart kassaları istifadəyə verib
 

Unibank partnyoru olan biznes sahiblərinin ödəniş, uçot sitemi və digər funksiyalar üçün bir neçə cihazdan istifadəsinə artıq ehtiyac yoxdur. Bank kiçik və orta biznes sahibkarları, pərakəndə satış nöqtələri, kafe və restoranlar, xidmət sahələri və çatdırılma xidmətlərinin müştəriləri üçün smart kassa cihazlarını istifadəyə verib. "Unibank”ın yeni nəsil smart POS-terminalları özündə POS-terminal və kassa aparatını birləşdirməklə bərabər, ƏDV qaytarılması, uçot sistemi, taksitli ödəniş, cash back hesablanması, kamera, təmassız ödənişlərin qəbulu, tam sensor ekran və digər müasir yenilikləri cəmləşdirir. Yeni nəsil smart kassalar biznes sahiblərinin əlavə vaxt itkisinin də qarşısını almış olacaq. Yeni nəsil smart kassaları Android əməliyyat sistemi əsasında fəaliyyət göstərir və özündə aşağıdaki xüsusiyyətləri daşıyır:

Müştəri Bank (İnternet bankçılıq) vasitəsilə məsafədən idarə olunma;

Kart olmadan smartfonlar vasitəsilə təmassız ödənişlərin qəbulu;
Ekranda müştərinin imza atma və imzanın çekdə əks olunması imkanı;
Taksitlə (aylara bölünməklə ödəmə) ödənişlərin qəbulu;
Cashback, millərin və uBank bonusların dərhal hesablanılması;
BarCode və QR Code-ların skan olunması;
Yaddaş kartının dəstəklənməsi;
Ekranda video rolikin əks olunması;
Bluetooth dəstəklənmə;
Foto və video kamera;
Printer funksiyası;
POS terminal, Kassa aparatı, Anbar uçot sistemi funksiyaları;
Wifi və GPRS kanalları ilə şəbəkəyə qoşulma imkanları;
Rəngli və touchscreen ekran;
Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanı.

Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar "Unibank”a müraciət edə bilər.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...