Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü

Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
Şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə bizi kövrəldən, cəsurluğu ilə qürurlandıran, qəhrəmanlığı ilə fəxarətləndirən Şahin Allahyarovla bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir. 

Sfera.az xəbər verir ki, Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun ailəsini himayəyə götürüb. Unibank rəhbərliyinin bu qərarı haqda şəhidimizin ailəsinə məlumat verilib. Yaxın aylarda dünyaya gələcək, igid atasının adını daşıyacaq balaca Şahin 18 yaşınadək Unibankın himayəsində olacaq. 18 il ərzində şəhid övladının aylıq təminat xərcləri və ali məktəbə qəbul olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq. Ali məktəbi bitirdikdən sonra şəhid övladının istədiyi təqdirdə Unibankda işlə təminatı da həyata keçiriləcək.

Onlar Azərbaycan bütövləşsin, daha da qüdrətlənsin, torpaqlarımız işğaldan azad olunsun, bizlər, övladlarımız Vətənimizdə daha xoşbəxt yaşayaq deyə, Şəhid oldular. Onlar torpaqlarımıza sahib çıxdılar- biz bu torpaqlarda daha firavan yaşayaq deyə! Biz isə onların ailələrinə, övladlarına sahib çıxmalıyıq- onlar öz məzarlarında rahat uyusun deyə! Onlar öz qəhrəmanlıqları ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedirlər, bizim borcumuz qəhrəman şəhidlərimizin övladlarını atalarının miras qoyduğu azad, bütöv Azərbaycanda xoşbəxt, qayğısız yaşatmaqdır!

Rahat uyu şəhidimiz, uğruna canını fəda etdiyin xalqın daim ailənin, övladlarının yanında olacaq!

OXŞAR XƏBƏRLƏR

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

Doqquzuncu planetin mövcudluğu ilə bağlı yeni sübutlar əldə edildi

Kaliforniya Texnologiya İnstitutunun və ABŞ-nin digər elmi müəssisələrinin planetoloqları Günəş sistemində Planet X kimi tanınan doqquzuncu planetin mövcudluğu ...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclası KEÇİRİLDİ - FOTO

Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib.   Sfera.az-ın APA-a istinadən&n...