Unibank sahibkarlara verilən güzəştli biznes kreditlərinə görə liderdir

Unibank sahibkarlara verilən güzəştli biznes kreditlərinə görə liderdir

Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən bank olub. 2021-ci ildə müvəkkil banklar tərəfindən verilən kreditlərin sayının təhlilinə görə, Unibank sahibkarlara 451 güzəştli kredit verib. Bu göstərici Fondun il ərzində verdiyi kreditin 25%-ni təşkil edir. Bununla da Unibank ötən il ən çox güzəştli kredit verən bank kimi birinci yerə çıxıb. SİF-in açıqladığı siyahıda birinci yeri tutan Bank, güzəştli kreditlərin böyük əksəriyyətiniregionlara, xüsusilə də kənd təsərrüfatının inkişafına yönləndirib.

 

Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun digər layihələrində də aktiv iştirak edir. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.

 

 

Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub.Kredit portfelinin təhlili göstərir ki, 2021-ci ildə də bank tərəfindən biznesin kreditləşməsi nəzərəçarpacaq dərəcədə artıb.

 

 

Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index)əldə etmək olar.


 

Unibank- SəninBankın!

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İqtisadiyyatda xidmət sektorunun payı yenidən azalıb - SƏBƏB

2021-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalında xidmət sektorunun payı azalaraq 37,3 faizə düşüb.   Sfera.az bildirir ki, 2020-ci ildə xidmət sektoru...

Bahalaşma dollara tələbi azaldır

Qiymət artımları və bunun nəticəsində əhalinin xərclərinin artması xarici valyutaya, xüsusən də dollara olan tələbi azaldır.   Sfera.az bildirir ki, qiym...

SOCAR Ermənistanda zavod alıb? - RƏSMİ AÇIQLAMA

SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib edir.   Bununla bağlı şirkətdən daxil olan məlumatda deyilir: "Bu cür absurd iddialar heç SOCAR-ı...

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,48 ABŞ dolları və ya...

Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU

Türkiyənin yaxın həftələrdə Azərbaycanla svop müqaviləsi bağlayacağı gözlənilir.   Sfera.az xəbər ki, bu haqda məlumat "Middle East Eye” saytında yer alı...

Mikayıl Cabbarov: "Qeyri-neft sektorundan aksiz vergisi daxilolmaları 25% artıb"

2021-ci ildə Azərbaycanda qeyri-neft sektorundan daxilolmalar əlavə dəyər vergisi (ƏDV) üzrə 17%, aksiz vergisi üzrə 25%, mənfəət vergisi üzrə isə 16,3% artıb. ...