No Image

Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu

Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu
 

Unibank Bakı sakini Cavidan İsmayılovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı.İllərdir öz bərbər salonunu açmaq, şəxsi biznesini qurmaq arzusunda olan gənc, özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Cavidan İsmayılov özünüməşğulluq layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib: "Çox sevinirəm ki, illərdir xəyal etdiyim öz işimi qurmaq arzum reallaşdı. Yəni artıq özüm üçün, ailəm üçün işləyəcəm, gələcəkdə gəlirlərimi artıraraq biznesimi daha da böyüdəcəm. Şəxsi biznesi olmaq, daimi gəlir mənbəyi olmaq deməkdir və bu sevinci mənə, ailəmə yaşatdığı üçün "Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.


Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.


Korporativ sosial məsuliyyət "Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

 

Unibank-hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR

Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

  "Mədəniyyət”, "ARB Günəş” telekanalları və "Təhsil” televiziyasının "Facebook” səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının sentyabrın 22-si üçün nəz...

ABŞ kəşfiyyatından MƏLUMAT - Eldar Mahmudovun oğluna Rusiyadan pullar gəlir + FOTOLAR

  ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş milli təhlükəsizlik na...

Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlanıb

  "Mədəniyyət”, "ARB Günəş” telekanalları və "Təhsil” televiziyasının "Facebook” səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının sentyabrın 21-i üçün nəzə...

Sərdar Cəlaloğlu: Ramiz Mehdiyev erası bitdi

 Sərdar Cəlaloğlu: "Əslində, hakimiyyət bu gedişlə Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş...

İntihar edən 27 yaşlı müəllimin YENİ FOTOLARI

  Ötən gün intihar edən 27 yaşlı ibtidai sinif müəllimi Naida İsayevanın fotoları yayılıb. Sfera.az xəbər verir ki, rəfiqəsinə "Arxamca heç kim pis ...

“Lotu Quli”nin dəstəsinə bu şəxs başçılıq edəcək - FOTO

  Azərbycanlı "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli") Türkiyədə qətli cinayət aləmində ciddi boşluq yaradıb. Sfera.az  xəbər verir ki, mərhum kr...