Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcək

Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcək
 
Unibank "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı
əlavə tədbirlər haqqında”  Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam
etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb.
Nizami Əkbərov Prezident fərmanından faydalanan Unibank müştərilərindən biridir.
Restrukturizasiya müqaviləsi imzaladığı anda onun 524 manatlıq cərimə məbləği silinib.
Müqavilədən sonra müştərinin aylıq kredit ödənişi 4 dəfəyədək azalıb. İlk bir il ərzində isə
Unibank müştərisi banka ayda cəmi 43 qəpik kredit ödənişi edəcək.
Restrukturizasiya prosesi başlayandan, minlərlə Unibank müştərisi aylıq ödənişlərini dəfələrlə
azaldan, cərimə məbləğinin anında silinməsinə imkan yaradan restrukturizasiya müqaviləsinə
imza atıb.
Restrukturizasiya prosesi müştəriyə aşağıdakı üstünlükləri verir:
- Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir;
- Aylıq ödənişi 3-4 dəfəyədək azalır;
- İlk il yalnız faiz məbləği ödəndiyindən, müştərinin ödənişi çox cüzi məbləğ təşkil edir;
- Müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsi formalaşır.
Restrukturizasiya prosesini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları
ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Bankın bir çox filialları şənbə günləri uzadılmış iş
rejimində işləməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edir.
Həftəiçi ilə yanaşı, şənbə və bazar günləri səhər saat 10.00-dan axşam 18.00-dək bankın
"Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region
filialları restrukturizasiya ilə bağlı müştərilərə xidmət göstərir.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər
haqqında”  Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-
ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən
çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə
tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə
və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan
başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir.
Restrukturizasiya prosesinin bitməsinə cəmi 2 həftə qalıb. Unibank, hələ də restrukturizasiyası
müqaviləsi imzalamayan müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, bu fürsətdən
faydalanmağa çağırır.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...