Unibank kapitallaşmanı uğurla başa çatdırdı

Unibank kapitallaşmanı uğurla başa çatdırdı

Unibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb. Kapitallaşma proqramı iki komponentdən ibarət idi:


 

-Subordinasiya borcunun cəlb olunması yolu ilə

-Əlavə səhm buraxılışı ilə


 

Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə "Unibank” Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.

 

Kapitallaşmanın ikinci mərhələsi olan əlavə səhm buraxılışı və bu səhmlərin yerləşdirilməsi isə ötən həftə uğurla başa çatdırılıb. Bakı Fond Birjasında hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5000 001.92 manat məbləğində, 1838 236 ədəd sənədsiz səhmlərinin yerləşdirilməsi ilə "Unibank”ın nizamnamə kapitalı 5 milyon manat artıb. Beləliklə də Bank birinci mərhələdə 25,5 milyon manat, ikinci mərhələdə isə 5 milyon manat cəlb etməklə, məcmu kapitalını ümumilikdə 30 milyon manatdan çox artırıb. Kapitallaşmanın başa çatması nəticəsində Bankın məcmu kapitalı 111 milyon manata, nizamnamə kapitalı isə 130 686 357,60 manata çatıb.

 

Bankın uğurlu inkişafının və müştəri bazasının artmasının nəticəsi olaraq, aktivlərin həcmi 1 milyard manatı ötüb. Kapitalın artımı bu trendin gələn il də davam etməsinə imkan yaradır.


Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...