Unibank “Gəzməyənlər”ə Rio-de-Janeyronu GƏZDİRDİ
15:53 / 23.10.2019
3143
"Traveler’s Mind Rio Edition” layihəsinin builki qalibi "Gəzməyənlər” komandası Rio-de-
Janeyronu gəzib-dolaşıb, Ronaldinyo ilə şəkil çəkdirib, hətta "handgliding” belə ediblər.
Sizə pulsuz səyahət imkanı qazandıran "UniMiles” kartının baş sponsorluğu və "Vizam.az”-ın
təşkilatçılığı ilə artıq ikinci ildir ki həyata keçirilən "Traveler’s Mind” intellektual oyunu
səyahət, adrenalin, coğrafiya, intellektual oyun həvəskarlarını bir araya toplayır. Qalib komanda
isə həyəcan dolu səyahətə göndərilir. Layihənin 2018-ci ildəki qalibləri Praqanı, 2019-cu ildə
seçilən qalibləri isə Rionu gəzib gördülər. Sıra Keyptaundadır!
Əgər siz də intellekt, həyəcan dolu gün keçirib, səyahətlə bağlı sualları düzgün cavablandırıb,
sonunda maraq dolu dünyaya "Unimiles” ilə addım atmaq istəyirsinizsə, 4 nəfərlik komandanızı
yığın və "Traveler’s Mind: Əsrarəngiz Keyptaun” üçün qeydiyyatdan keçməyə hazır olun!
Unibank və Vizam.az 2020-ci ildə də səyahətsevərlərin yanında olacaq! Oyuna qeydiyyatla bağlı
ətraflı məlumat tezliklə açıqlanacaq.