Unibank bu dəfə də səyahətsevərlərin yanındadır
15:30 / 19.02.2020
2504
Artıq üçüncü ildir ki, intellektual səyahətsevərlərin sevimli yarışması olan "Traveler’s Mind”,
2020-ci ildə də sürprizlərlə doludur. Pulsuz səyahət imkanı qazandıran "UniMiles” kartının baş
sponsorluğu və "Vizam.az”ın təşkilatçılığı ilə keçirilən oyunda, bu il 4 intellektual səyyah
Cənubi Afrikaya səyahət edəcək.
"Traveler’s Mind” 2020-ci il üçün yeni strukturla, əsrarəngiz bir ölkəyə hədiyyəsi ilə sizə
yenidən adrenalin dolu günlər yaşadacaq! Yarış bu il iki mərhələdən – Seçmə Oyun və Final
Oyun – ibarət olmaqla, 2 gün fərqli tarixlərdə keçiriləcək. "Traveler’s Mind” oyununun builki
qalib komandası bütün heyəti ilə Bakı-Keyptaun-Bakı istiqamətinə bilet hədiyyə qazanacaq.
Hər il olduğu kimi bu il də mövzular səyahət, ölkələr, ümumi coğrafiya, səyahətlə bağlı kinolar,
kitablarla əlaqəli olacaq.
Tədbirin detalları ilə buradan keçid alaraq tanış ola bilərsiniz: //bit.ly/38qh0am
Qeydiyyatdan isə bu link //bit.ly/2DejoDE vasitəsilə keçə bilərsiniz.
Xatırladaq ki, 2018-ci il yarışının qalib komandası Praqaya, 2019-cu ilin qalib komandası isə Rio
de Janeyroya pulsuz gediş-gəlişi bileti əldə etmişdir.
"Unibank”ın baş sponsorluğu, "Vizam.az”ın təşkilatçılığı ilə keçirilən "Traveler’s Mind: Cape
Town Edition” tədbirinə "Gəzəyənlər” səyahət cəmiyyəti də dəstək olanlar sırasındadır.