Unibank 2019-cu ili mənfəətlə başa vurub
15:40 / 30.01.2020
1532
"Unibank” KB ASC 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr 2019-cu il tarixə
bankın əldə etdiyi mənfəət (İFRS üzrə) 79 milyon manat təşkil edib. Bankın kapitalı (İFRS üzrə)
135 milyona çatıb.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2019-cu ili bank üçün uğurlu illərdən biri
kimi dəyərləndirib: "Ötən il Unibank üçün inkişaf prosesləri və nailiyyətlərlə yadda qaldı. Ilk
növbədə banklar üçün mühüm tədbirlərdən biri olan "Azərbaycan Respublikasında fiziki
şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanını
uğurla icra etdik. 125 minə yaxın müştəriyə 66.5 milyon manat məbləğində kompensasiya
vaxtında ödənildi. Bu, bizim qarşımızda olan çox vacib və mühüm bir iş idi. Bankımız bütün
göstəricilər – kredit və depozit portfelləri, müştəri sayı, kredit kartları -üzrə əhəmiyyətli artım
əldə edib. Bankın daxili insitutisional inkişafı üzrə böyük iş apardıq. Əldə etdiyimiz bütün
nəticələr onu deməyə əsas verir ki, 2019-cu il bu il və qarşıdakı illər üçün "Unibank”ın daha
böyük uğurlarına zəmin ili olub”.
İlin əvvəlindən bankın aktivlərinın həcmində 12 % artım qeydə alınıb. Bununla da hesabat
dövrünə bankın cəmi aktivləri 787 milyon manat təşkil edib.
2019-ci il ərzində də bankda aktiv kreditləşmə müşahidə olunub. Ümumi kredit portfeli 13%
artaraq 507 milyon manata çatıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən
kreditlərin həcmi ötən illə müqayisədə 52% artıb.
"Unibank”ın depozit portfeli il ərzində böyüyüb. Müddətli depozitlər illik 19% artaraq 31
dekabr 2019-cu il tarixinə 345 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə
illik artım 18% olub və 31 dekabr 2019-cu il tarixinə 185 milyon manat təşkil edib.
Dövriyyədə olan aktiv debet kartların sayı ilin əvvəli ilə müqayisədə 30% artaraq 356 minə çatıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət
şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq
görülüb.
Unibank- hər kəsin bankı!