Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi

Unibank 20 vətəndaşımızın şəxsi biznesini  yaratmaq arzusunu həyata keçirdi
 

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank 20-dən artıq vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib. Bu dəfə bank daha dörd vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.

 

Həssas əhali qruplarına daxil olan Gəncə sakini Nərgiz Həmzəyeva, Bərdədən Züleyxa Cəfərova,Salyanda yaşayan Esmira Hüseynova və Bakı sakini Yeganə İbrahimova özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

 

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

 

Unibank-hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR