Unibakdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et
"Unibank”ın bazardakı yeni mövqeləndirməsinə uyğun olaraq, məhz müştərinin rahatlığına və istəklərinin qarşılanmasına yönəlmiş yeni xidmət, onların zamanını daha da dəyərli edəcək.
UBank vasitəsilə pulköçürmələri bu üstünlükləri yaradır:
-Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək və qəbul etmək;
-Köçürdüyün pulun saniyələr ərzində ünvanına çatması;
-Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari -hesabları seçməklə aparmaq imkanı.
Azərbaycanın ən çox istifadə
edilən mobil bank əlavələrindən biri olan UBank istifadəçilərinin sayı artıq 1
milyonu ötüb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən
24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən
rahatlıqla istifadə edə bilirlər.