“Ulduz” filminin məşhurlaşdırdığı 112 yaşlı ləm - VİDEO

“Ulduz” filminin məşhurlaşdırdığı 112 yaşlı ləm - VİDEO

56 il bundan əvvəl "Ulduz” filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm XIX əsrdə inşa olunub. Orijinallığı ilə diqqəti cəlb edən bu ləm indi cənub bölgəsinə gələn turistlərin üz tutduğu maraqlı məkanlardandır.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Məhəmməd və Züleyxanın səhnəsi kimi tanınan dialoq 1963-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində bu həyətdə inşa olunan ləmdə çəkilib.

Qəsəbə sakini Əsədulla Musayev deyir ki, turistlərin böyük maraq göstərdiyi ləmi babası tikib: "Babam bu ləmi yayın istisindən qorunmaq və istirahət etmək üçün inşa etmişdi. Buna biz tərəfdə yay evi də deyirlər.

Onun sözlərinə görə, rayona gələn istər yerli, istərsə də xarici turistlər burada şəkil çəkdirirlər: "Bu tarixi tikili onları çox təəccübləndirir. Ümumi sahəsi 40 kvadratmetr olan ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtülmüşdü. Sonralar qamışı daha orijinal tikinti materialı olan kirəmit əvəzlədi. Ləmi tikən ustalar elə hesablayıblar ki, burada daim hava axını olur”.

Bir əsrə şahidlik edən 112 yaşlı tarixi ləmin tikintisində sementdən deyil, yumurta sarısından və küldən istifadə olunub. Üzərindəki taxtalar isə bir-birinə mismarsız bərkidilib.

Məktəblilər də ləmi tez-tez ziyarət edirlər. Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin müəllimi İbrahim Həşimov deyir ki, şagirdləri mütəmadi olaraq, gəzintilərə aparır, tarixi abidələrlə tanış edir. Bu gün də ləmə baxmaq üçün gəliblər. "Burada vaxtilə "Ulduz” filmi çəkilib. Bu, şagirdlərin marağını cəlb edir. Onlar bu tarixi abidə ilə həvəslə tanış olurlar”, - deyə o bildirib.

Mədəniyyət Nazirliyinin qeydiyyata aldığı ləm hazırda tarixi abidə kimi qorunur. XVIII-XIX əsrlərdən qalan bu cür tikililərə daha çox Astara, Lənkəran və Masallı rayonlarında rast gəlinir. Vaxtilə təkcə Ərçivanda 40-dan çox ləm olub. Sonradan isə baxımsızlıq ucbatından bu ləmlərin əksəriyyəti sıradan çıxıb.



OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...