“Ukraynaya müdaxilə etsən...” - Bayden Putinə bu halda nələr edə biləcəyini xatırladacaq

“Ukraynaya müdaxilə etsən...” - Bayden Putinə bu halda nələr edə biləcəyini xatırladacaq
ABŞ prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya müdaxilənin iqtisadi nəticələri barədə xəbərdarlıq edəcək.

Sfera.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi məlumat yayıb.

"Rusiya irəliləyəcəyi təqdirdə Bayden xərclər barədə xəbərdarlıq edəcək. Bundan əlavə, Bayden problemin həlli üçün diplomatik yolların işə salınmasını təşviq edəcək", - o bildirib.

Ağ Ev rəsmisi Baydenin bu gün Ukrayna prezidenti Vladimir Zelenski və digər avropalı müttəfiqləri ilə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı danışacağını qeyd edib.

Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ABŞ-ın atacağı hərbi addımlar barədə ətraflı məlumat vermək istəməyən rəsmi bölgəyə NATO əsgərlərinin göndərilməsi ehtimalını da inkar etməyib.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...