“UKRAYNAYA HÜCUM PUTİN ÜÇÜN SONUN BAŞLANĞICI OLAR” – “Putin Baydeni sınaqdan keçirir”

“UKRAYNAYA HÜCUM PUTİN ÜÇÜN SONUN BAŞLANĞICI OLAR” – “Putin Baydeni sınaqdan keçirir”
"Rusiyanın son günlərdə Ukrayna ilə sərhəddə qoşun toplaması, hərbi gəmilərini Qara dənizə yerləşdirmək cəhdləri Vladimir Putinin ölkəsinin Ukraynaya qarşı yeddi illik qarşıdurmanı həqiqətən müharibəyə çevirməsidir, yoxsa sadəcə, yeni ABŞ rəhbərliyinə meydan oxuyan bir şoudur? Bu məsələ mütəxəssislər arasında mübahisələrə səbəb olub”.

Sfera.az xəbər verir ki, "The Washington Post” qəzeti "Putin Baydeni Ukrayna üzərindən sınaqdan keçirir” başlıqlı məqaləsində Rusiyanın Ukraynaya qarşı təhdidlərinin qlobal xarakter daşıdığını bildirərək, Baydenin bu məsələnin həllindəki rolunun vacibliyinə diqqət çəkib: "Hər iki halda - 2014-cü ildə Krımda olduğu kimi, bu gün də Ukraynanın başına eyni hadisələrin gəlməsinin qarşısını almaq Prezident Baydendən qətiyyətli hərəkət tələb edəcək. Yeni bir rus istilasına icazə verilməsi, yeni yaranan demokratiyaya daha bir zərbə vurmaqla yanaşı, dünyanın koronavirus pandemiyası və iqlim dəyişikliyi kimi ikiqat fəlakətlə qarşılaşdığı bir dövrdə qlobal nizamı pozacaq”.

Məqalədə ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi, Ukraynaya əlavə hərbi yardımlar göndərməsi xatırladılsa da, Baydenin bunlardan daha çox şey edə biləcəyi də vurğulanıb: "Ukrayna xalqının iradəsinə və beynəlxalq hüquqa baxmayaraq, Rusiya öz yolunu davam etdirərsə, Putin özünün korrupsiyalaşmış siyasi, hərbi və iqtisadi nüfuzunu keçmiş sovet ölkələrində və onun hüdudlarından kənarda yaymağa davam etmək üçün cəsarətlənəcək. NATO özünü çox güman ki, Baltikyanı ölkələrdə sınayacaq. Bir NATO dövlətinə hücum, ittifaqa hücum deməkdir ki, bu da kollektiv hərbi cavab tələb edir.”

Məqalədə həmçinin, Putinin Ukrayna ilə savaşı yenidən başlatmaq üçün daxili səbəblərinin olduğu qeyd edilib: "Donbasın yenidən "qızışdırılması” Putinin xalqın fikrini durğun iqtisadi vəziyyətdən, pandemiyadan, siyasi partiyasının populyar olmamasından və bürokratik idarəçilikdən, "Navalnı məsələsi”ndən yayındırmaq üçün xüsusi bir taktikadır. Ancaq Putin bilməlidir ki, Ukrayna ilə genişmiqyaslı müharibə həm də Rusiyaya əks təsir göstərə bilər. Rus xalqı ukraynalılarla müharibə etmək istəmir. Yeni bir hücum demokratiyanın birləşmiş cəbhəsini yaradar və ciddi sanksiyalara gətirib çıxarar ki, bu da Putinin hakimiyyəti üçün sonun başlanğıcı olar”.

"AzPolitika.info”  

OXŞAR XƏBƏRLƏR

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağ...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...