Ukraynalı nazirin son çıxışının ŞİFRƏLƏRİ: “Müharibə davam edəcək və...”

Ukraynalı nazirin son çıxışının ŞİFRƏLƏRİ: “Müharibə davam edəcək və...”
"Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik. Müharibənin ilk aylarında Rusiya qoşunlarını fevralın 24-dək mövqeyinə sıxışdırmaq bizim üçün qələbə sayılardı. İndi isə biz hərbi cəbhədə çox güclüyük və Donbas uğrunda müharibəni udacağıq. Bu, müharibənin sonrakı dinamikası üçün həlledici olacaq. Əlbəttə, bu, savaşda bizim üçün qələbə qalan ərazilərimizin də işğaldan azad edilməsidir”. 
 
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dünən "Financial Times”ə müsahibəsində bildirib. Nazir deyib ki, yalnız Rusiyanın məğlubiyyəti Ukraynaya Qara dənizdə limanlarını açmağa və ixracat iqtisadiyyatını dirçəltməyə imkan verər: "Əgər Kiyev daha çox hərbi dəstək alarsa, biz onları Xerson vilayətindən də çıxara, Rusiyanın Qara dəniz donanmasını darmadağın edə və dəhlizi mühasirədən azad edə bilərik”.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, nazirin bu sözləri daxili auditoriyaya da hesablana bilər:

"Ola bilsin, Kuleba sadəcə ictimai ovqatın aşağı düşməməsi üçün belə danışıb. Lakin proseslər göstərir ki, Qərbin Ukraynaya dəstəyi heç də az deyil. Əksinə, hərbi yardımlar getdikcə artmaqdadır. Bunu ayrı-ayrı təşkilatların, o cümlədən NATO-nun rəsmi şəxsləri də etiraf edirlər. Təsadüfi deyil ki, rəsmi Kiyev müharibənin ilk günlərində Qərbin onları tək qoymağından gileylənirdisə, indi belə bəyanatlar səsləndirilmir. Görünür, Ukrayna özü də Qərb  üçün Rusiyanı zəiflətməkdən ötrü sadəcə vasitə olduğunu anlayır. Amma başqa yolunun olmadığını da bilir. Çünki indiki proseslərin alternativi Rusiyaya "yem” olmaqdır. Güman ki, ayrı-ayrı Qərb nümayəndələri, o cümlədən liderlər həmkarları ilə müzakirələrində onları daha da ürəkləndirir, hətta, bəlkə də, geri çəkilməmələri barədə xəbərdarlıq edirlər. Nəticədə Ukrayna rəsmiləri də bu cür cəsarətli açıqlamalar verirlər”.

Müsahibimiz bildirib ki, döyüşlər uzandıqca Rusiya zəifləyir və bu da Ukrayna rəsmilərinin daha cəsarətli danışmalarına, həm də lazımi ictimai rəy yaratmağa şərait yaradır:

"Dmitro Kuleba və digərləri oxşar bəyanatlarla özlərinin potensialları, üstünlükləri barədə qarşı tərəfə mesaj verir və Kremli uyğun şərtlərlə atəşkəsin əldə olunmasına çağırırlar.  Nazirin "hərbi cəbhədə çox güclüyük” fikirləri bu baxımdan xüsusilə əhəmiyyətlidir. Eyni zamanda Kuleba bu açıqlaması ilə Qərbə də çağırış etdi. Böyük ehtimalla savaş hələ davam edəcək və getdikcə Rusiyanın vəziyyəti pisləşəcək. Əvvəllər də dediyimiz kimi, Moldova istiqamətində ikinci cəbhənin açılması və döyüşlərin Rusiya ərazisinə keçməsi mümkündür”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...