Ukraynalı ekspert: “Cənub Qaz Dəhlizi Azərbaycan üçün olduqca vacibdir”

Ukraynalı ekspert: “Cənub Qaz Dəhlizi Azərbaycan üçün olduqca vacibdir”
 

"Cənub Qaz Dəhlizi layihəsi Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünün şaxələndirilməsi üçün ən vacib layihələrdən biridir".

Bunu "Report”a açıqlamasında Kiyev-Mohila İdarəçilik Akademiyasının professoru, ukraynalı ekspert Gennadi Ryabtsev bildirib.

Onun sözlərinə görə, bu layihə ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək Azərbaycan üçün də olduqca vacibdir.

O bildirib ki, ötən gün Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası tərəfdaş ölkələrin gələcək fəaliyyətlərinin əlaqələndirilməsi prosesində vacib bir mərhələdir: "Ancaq, təəssüf ki, bu layihədə Ukrayna yer almayıb. Cənub Qaz Dəhlizinin resurslarının istehlakçıları əvvəlcədən planlaşdırılıb. Bunlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Balkan ölkələridir, Rumıniya da burada yer ala bilər”.

Professor qeyd edib ki, Ukrayna istiqamətində hələlik hər hansı bir şaxələndirilmənin tikilməsi nəzərdə tutulmur: "Avropa ölkələrinin ilkin mərhələdə ümumilikdə alacaqları qazın həcmi də 10 milyard kubmetrdən çox olmayacaq”.

Ekspert deyir ki, bu boru kəmərindən Ukrayna üçün müəyyən perspektivlər Cənub Qaz Dəhlizinə İranın qoşulmasından sonra açıla bilər. 

Qeyd edək ki, ötən gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçirilib. İclasa 13 ölkədən rəsmilər qatılıb.

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyəyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.


 


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...