Ukraynalı ekspert: \"BMT Ermənistana təzyiq göstərməlidir\"

Ukraynalı ekspert: \
"Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli razılaşma əldə ediləndən yarımil vaxt keçsə də, işğaldan azad edilmiş ərazilər hələ də minalardan təmizlənməyib, orada mülki şəxslər, çəkiliş aparan jurnalistlər həlak olur. Məncə, BMT Təhlükəsizlik Şurası bu məsələdə Ermənistana ciddi təzyiq göstərməlidir”.

Sfera.az-ın məlumatına görə, bu fikirləri açıqlamasında ukraynalı hərbi ekspert Oleksandr Kovalenko dilə gətirib.

Ekspertin fikrincə, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarkən razılaşma çərçivəsində götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır: "Mina partlaması nəticəsində həlak olmuş media əməkdaşları elə bu məsuliyyətsizliyin qurbanı oldular. Razılaşma imzalandıqdan 6 ay sonra azərbaycanlı jurnalistlər minadan ölürlərsə, burada məqsədli təxribat var. Azərbaycanla Ermənistan arasındakı münaqişə başa çatıb, dövlət sərhədi bərpa olunur. 1999-cu ildə qüvvəyə minmiş Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyaya əsasən müharibə başa çatan kimi tərəflər minalanmış ərazilərin xəritəsini təqdim etmək, şəxsi heyətə qarşı minalardan istifadə etməmək öhdəliyini daşıyır. Həmin konvensiya məhz dinc əhalinin təhlükəsizliyini təmin etməyə yönəlir”.

Ekspertin qənaətincə, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi xəbis, qəsdli xarakter daşıya bilər: "Qarabağ bölgəsində minaların, döyüş sursatlarının zərərsizləşdirilməsi tez başa gələn iş deyil, ona görə də həmin torpaqlar hələ uzun müddət təhlükə mənbəyi olacaq. Minalanmış ərazilərin xəritəsini təqdim etməyi əslində rədd edən Ermənistan bu bölgəyə dair nəinki sonrakı niyyətlərinə aid, elə indiki addımları ilə bağlı da bir çox suallar üçün əsas yaradır. Çünki Qarabağın minalardan təmizlənməsinə bu cür yanaşma Ermənistan hərbçilərinin Azərbaycan ərazisində təxribatçı fəaliyyəti üçün geniş imkanlar verir. Əslində minalanmış ərazilərin xəritəsini təqdim etmədən yeni mina və partladıcı qurğuların basdırılması bundan sonrakı partlamaları və insan tələfatını hazırkı məqsədli təxribatların nəticəsi yox, əvvəlki müharibənin "əks-sədası” kimi qələmə vermək üçün bəhanə yaradır”.
 
 

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...