Ukraynalı deputat Olimpiya çempionu oldu

Ukraynalı deputat Olimpiya çempionu oldu
Ukraynalı deputat Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Sfera.az-ın məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi finalda macarıstanlı Viktor Lorintsə 3:1 hesabı ilə qalib gələrək qızıl medal əldə edib.

Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub.

Qeyd edək ki, Jan Belenyuk Ukrayna Ali Radasının deputatıdır.

OXŞAR XƏBƏRLƏR