Ukraynalı bloger Şuşa döyüşlərini şərh edir: “Bir-iki günə...” - VİDEO

Ukraynalı bloger Şuşa döyüşlərini şərh edir: “Bir-iki günə...” - VİDEO

Ukrayna mənşəli bloger Yuri Podolyaka sosial şəbəkələrdə fəallığına görə tanınır. Bloger demək olar ki, hər gün ölkəsində və dünyada baş verən hadisələrə obyektiv münasibət bildirir, mövzu ilə bağlı yeni videolar təqdim edir, həmin videolar dərhal böyük izləyici auditoriyasının marağına səbəb olur və reaksiyasız qalmır.


Sfera.az xəbər verir ki, noyabrın 5-də Yuri Podolyako özünün şəxsi yutub kanalında növbəti video müraciətlə izləyicilərinin görüşünə gəlib. Sözügedən video müraciətdə bloger Qarabağ müharibəsi, özəlliklə də Şuşa ətrafında gedən qızğın döyüşləri təhlil edib.


 

Bloger qeyd edib ki, Şuşa ətrafında gedən döyüşlər müharibənin ümumi gedişatı üçün kifayət qədər əhəmiyyətlidir və təsirsiz ötüşməyəcək.

 

Yuri Podolyako vurğulayıb ki, Qarabağ müharibəsini erməni tərəfinin xeyrinə şərh edən Semyon Peovun noyabrın 4-də səhər saatlarında hazırladığı reportaj kifayət qədər nikbin səslənsə də, günorta vəziyyət dəyişib və jurnalistin təşviş dolu səsi, gözlərindəki qorxu ifadəsi yaxınlaşmaqda olan təhlükədən xəbər verib.

 

Bloger qeyd edib ki, Azərbaycan orsusunun Şuşaya yaxınlaşması, Xankəndi və Şuşa ərazilərini nəzarətdə saxlaması həmin ərazilərin minaatanlardan atəşə tutulması faktını bir daha təsdiqləyir. Azərbaycan ordusunun zirehli avtomobillərinin, minaatanlarının əraziyə gətirilməsini kifayət qədər ciddi məsələ kimi qiymətləndirən Yuri Podolyako, sözügedən ərazidə böyük hərbi əməliyyatların getdiyini diqqətə çatdırıb.


Üstəlik, onu da vurğulayıb ki, Azərbaycan ordusu nəinki əraziləri nəzarətə götürüb, həmçinin burada mövqelərinimöhkəmləndirib.


Yuri Podolyako erməni ordusunun komandanlığında çaşqınlıq hökm sürdüyünü qeyd edib, Semyon Peqovun hansısa Azərbaycan tankları haqda söz açmasını məhz həmin çaşqınlığın təzahürü kimi izah edib. Çünki, onun dediyinə görə, ağlı başında olan insan, anlayar ki, dağlıq əraziyə tank gətirmək mümkün deyil.

 

Bloger həmçinin Azərbaycan ordusunun erməni mövqelərinə həlledici zərbə endirdiyini və Ermənistanın Laçın dəhlizi üzərindəki nəzarətini itirdiyini də bildiri və qey edib.

 

 

Azərbaycan ordusunun Şuşa ətrafındakı mövqelərini möhkəmləndirməsini isə Yuri Podolyako erməni tərəfi üçün ən təhlükəli məqam kimi qiymətləndirib.

"Ermənistan ordusunda şəxsi heyətin şatışmazlığı erməni tərəfinin ən böyük problemidir”, - deyən bloger, faktiki olaraq, Ermənistan ordusunun məğlub olduğuna işarə vurub.

 

 

Bloger yaxın günlərdə Şuşa ətrafında gedən döyüşlərin daha da şiddətlənəcəyinə əminliyini bildirib, buna səbəb kimi isə həmin mövqelərin Azərbaycan tərəfi üçün olduqca əhəmiyyətli olduğunu göstərib. Həmçinin bildirib ki, 1-2 günə Ermənistan ordusu Azərbaycan ordusunu tutduğu mövqelərdən çəkilməyə məcbur edə bilməsə, Şuşanın və ümumilikdə Dağlıq Qarabağın taleyi həll olunacaq.

 

Söhbətinin sonunda Yuri Podolyako qeyd edib ki, yaxın günlərdə Azərbaycan ordusunun yeni, daha da gücləndirilmiş qüvvələrlə nəinki Şuşa və Şuşa ətrafı ərazilərə, həmçinin Ermənistan ordusu mövqelərinin zəiflədiyi cənub cəbhəsi boyu genişmiqyaslı hücumu gözlənilir. Həmçinin qeyd edib ki, noyabrın 4-dən etibarən erməni tərəfinin cəbhədəki vəziyyəti kifayət qədər qəlizləşib və Ermənistan ordusununəvvəlki üstünlüyünü qaytarması praktiki cəhətdən mümkün deyil.


Tərcümə etdi: Selcan

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...