No Image
No Image

Ukraynada yarım milyondan çox insan Rusiya vətəndaşlığını aldı

Ukraynada yarım milyondan çox insan Rusiya vətəndaşlığını aldı
Ukrayna ilə Rusiya arasında ölkənin şərqində və Krımda gərginlik davam etdiyi müddətdə yarım milyondan çox ukraynalının Rusiya vətəndaşlığını qəbul etdiyi açıqlanıb.
 
Sfera.az xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Donetsk və Luqansk bölgələrində təxminən 530 000 insanın Rusiya vətəndaşlığına keçdiyi qeyd olunub.

Rusiya prezidenti Vladimir Putin ötən ilin 24 aprelində Luqansk və Donetsk sakinləri üçün Rusiya pasportlarının alınması prosesini asanlaşdıran fərmanı imzalayıb. 

Fərmanla Rusiya vətəndaşlığını almaq üçün edilən müraciətin incələmə müddəti 6 aydan 3 aya endirilib. Bundan əlavə, müraciət edən Belarus və Ukrayna vətəndaşlarının rus dilində danışma tələbi ləğv edilib. 

2019-cu ilin iyul ayında qanuna edilən yeni dəyişikliklə Rusiya vətəndaşlığına keçmək üçün mövcud vətəndaşlıqdan çıxmaq tələbi də götürülmüşdü.


İnci
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Myanmada 16 hərbçi öldürüldü

Myanmada son iki gündə baş verən toqquşmalar nəticəsində 16 hərbçi ölüb. Sfera.az  "TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı yerli "The Irrawadd...

ABŞ Rusiyaya yeni sanksiyalarla bağlı qərarını AÇIQLADI

Ağ Evin mətbuat katibi Jen Psaki ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etmək istəmədiyini, lakin bu hüququnu hələ də qüvvədə saxladığını bildirib.  &nbs...

Fransa və Böyük Britaniya Türkiyə ilə bağlı qərarını açıqladı: “10 gün müddətinə...”

Fransa Türkiyə də daxil olmaqla 7 ölkədən gələn xarici vətəndaşlar üçün 10 günlük karantin müddəti tətbiq edəcək.    Sfera.az xəbər verir ki, Fransa...

Co Bayden Putinlə nə vaxt görüşəcəyini AÇIQLADI

ABŞ prezidenti Co Bayden iyun ayında Avropa səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyindən əmin olduğunu bildirib.   Sfera.az xəbə...

Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

"Qaragin Njdenin faşist cəlladı və birbaşa nasist Almaniyası ilə işbirliyində olması ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır”. Bunu Xo...

Türkiyədə koronavirusa yoluxmalar azalır

Türkiyədə son sutka ərzində 278 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirli...