Ukraynada təyyarə evin üstünə düşdü, 4 nəfər öldü

Ukraynada təyyarə evin üstünə düşdü, 4 nəfər öldü
Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.

Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.

Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR