Ukraynada keçmiş nazir vertolyot qəzasında öldü - FOTO

Ukraynada keçmiş nazir vertolyot qəzasında öldü - FOTO

Ukraynanın keçmiş aqrar siyasət və qida naziri Taras Kutovıy vertolyot qəzasında həlak olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sabiq Baş Nazir Pavel Rozenko feysbuk hesabında məlumat verib.

Məlumata görə, Kiyevdən havaya qalxan "Robinson-44" tipli vertolyot Poltava bölgəsinin Orjitsko rayonunun Tarasenkovo kəndində qəzaya düşüb. Vertolyotu eks-nazirin özü idarə edirmiş. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü T. Kutovıy 2016-2018-ci illərdə nazir postunda olub.


OXŞAR XƏBƏRLƏR