Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığın başlıca hədəflərini açıqladı

Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığın başlıca hədəflərini açıqladı
Ukrayna hökuməti Türkiyə ilə hərbi əməkdaşlığın başlıca istiqamətlərini açıqlayıb.

Sfera.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Boqdan Senik bildirib ki, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında təcrübə mübadiləsi və birgə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, ukraynalı gənclərin Türkiyə hərbi məktəblərində yiyələndikləri ixtisasların çeşidi daha da artırılacaq.

İki ölkə arasında Qara dənizdəki əməkdaşlığa toxunan Ukrayna rəsmisi Qara dənizdə NATO-nun daimi gəmi birləşmələrinin fəaliyyətində iştirak etmək, hava şəraitinə dair məlumat mübadiləsi aparmaq, Qara dəniz regionunda sülhün, təhlükəsizliyin, sabitliyin artırılması üçün beynəlxalq və region təşkilatları çərçivəsində birgə fəaliyyət göstərmək niyyətində olduqlarını deyib.

Ukrayna və Türkiyə bu il təyyarə, o cümlədən pilotsuz uçuş vasitələrinin istehsalı sahəsində də əməkdaşlıq edəcək. Həmçinin birgə döyüş hazırlığı tədbirləri çərçivəsində Türkiyədə keçirilən "Anatolian Phoenix” və "Anatolian Eagle” beynəlxalq təlimlərdə Ukrayna hərbçiləri müşahidəçi qismində iştirak edəcəklər.

Bundan əlavə, ukraynalı hərbi qulluqçuların dil kurslarında (ingilis, türk dilləri), hava hərəkatının idarəçiliyi ilə bağlı ixtisas kurslarında, uçuş heyəti və döyüş idarəçiliyi zabitləri üçün terminologiya kurslarında bundan sonra da iştirakı nəzərdə tutulur.
 
(report)

OXŞAR XƏBƏRLƏR

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.   Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xari...