“Ukrayna Qarabağ müharibəsindən ruhlanıb, amma unudur ki...” – Rusiyadan SƏRT AÇIQLAMA

“Ukrayna Qarabağ müharibəsindən ruhlanıb, amma unudur ki...” – Rusiyadan SƏRT AÇIQLAMA
Son günlər bir çox siyasi ekspert Donbassda yenidən genişmiqyaslı döyüşlərin başlayacağı fikrini səsləndirir. Bunu ilk növbədə Ukraynanın bir neçə həftədir, qoşunlarını və texnikalarını təmas xəttinə çəkməsi də təsdiqləyir. Kiyevin nəzarətində olmayan əraziləri ağır toplarla daha tez-tez atəşə tutduğu bildirilir.
 
Sfera.az-ın məlumatına görə, rusiyalı politoloq, Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru Andrey Kortunov bölgədəki vəziyyətin gərginləşməsinə səbəb olan amilləri açıqlayıb.

Andrey Kortunov bildirib ki, müharibəyə rəvac verən  amillərdən biri də ABŞ-dakı hakimiyyət dəyişikliyidir: "Ukraynanın birbaşa Vaşinqtonun xarici nəzarəti altında olduğu çoxdan heç kəs üçün sirr sirr deyil. Ölkə faktiki olaraq amerikalılar üçün "sınaq meydançası" dır. Nədənsə Kiyevdə ABŞ-ın yeni prezidenti Cozef Baydenin inadla Rusiyanın tərkibində qalmaq istəyən ipə-sapa yatmayan Donbass probleminin hərbi yolla həllinə dəstək verəcəyi qənaətinə gəliblər. Necə dəstək verəcək? Şübhəsiz ki, amerikalı əsgərləri döyüşə göndərməyəcək, amma ölkəyə silah yollayacağı tam realdır”. 
 
Siyasi ekspertin əsas gətirdiyi digər amil isə Türkiyənin faktiki olaraq münaqişəyə müdaxilə edərək Azərbaycanın tərəfini tutduğu İkinci  Dağlıq Qarabağ savaşıdır. Siyasətçinin fikrincə, məhz bu məqam dolayısı ilə də olsa  problemin güc yolu ilə həllinin tərəfdarı olan qüvvələrin əhval-ruhiyyəsinə təsir edə bilərdi. Amma Ukraynada unudurlar ki, bir müddət sonra məhz Rusiyanın yaranmış vəziyyətə müdaxiləsi daha çox qan tökülməsinin qarşısını aldı.
 
"Qarabağda vəziyyətin gərginləşməsi göstərdi ki, diplomatik yol köhnəlmiş münaqişənin yeganə həlli yolu deyil. Bu da müəyyən mənada Kiyevdə güc nisbətinin Ukraynanın xeyrinə dəyişdiyi təəssüratını yarada bilər. Ola bilsin, müəyyən bir məqamda münaqişəni dondurmaq Ukraynanın maraqlarına cavab verə bilər”, - deyə Andrey Kortunov bildirib.
 
Mənbə: Pravda.ru
Tərcümə: Selcan
 

OXŞAR XƏBƏRLƏR

ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq

Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 fi...

Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfirini qəbul etdi - FOTO

Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmi...

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...