Ukrayna ordusu Donbası atəşə tutdu – Ölən var
16:35 / 08.04.2021
1450
Donbasda separatçı rejimin hərbçisi həlak olub.
Sfera.az-ın Lenta.ru-ya istinadla xəbər verir
ki, Donbasda qondarma Donetsk Xalq Respublikasının (DXR) Xalq milisinin bir hərbçisi öldürülüb. Bu barədə aprelin 8-də
"Donetsk Xəbər Agentliyi" xəbər verir.
Xalq milisi idarəsindən döyüşçünün Ukrayna qoşunlarının açdığı atəş nəticəsində
həlak olduğu bildirilib.
Donetskdə iddia edirlər ki, düşmən Donetskinin
şimalında yerləşən Vesyoloye kəndinin ərazisinə
minaatandan atəş açıb. İdarədən
bildirilib ki, Xalq milisi cavab atəşi açmaq məcburiyyətində qalıb.
Tərcümə: Selcan
Sfera.az