Ukrayna kosmosa borş göndərdi - VİDEO
13:07 / 22.07.2021
830
Ukraynanın "Silpo" supermarketlər şəbəkəsi kosmosa borşla qarabaşaq yarmasından hazırlanmış baget çörəyi yollayıb.
Sfera.az xəbər verir ki, bu addımın "Amazon” və aerokosmik "Blue Origin”şirkətinin qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezosun iyulun 20-də baş tutan kosmosa ilk suborbital uçuşundan bir gün əvvəl atılması diqqət çəkib.
Ticarət şəbəkəsi uçuşun videosunu da özünün rəsmi İnstagram hesabında paylaşıb.
"Milyarderin ağlına belə gəlməz ki, ondan əvvəl atmosferdə Ukrayna məhsulları olub. Bütün planet kosmik səyahətləri izlədiyi bir vaxtda Ukrayna borşunun kosmosda olduğunu söyləmək üçün gözəl fürsət yarandı!”, - deyə uçuşun təşkilatçısı, marketinq üzrə direktor Yekaterina Oquryayeva deyib.
Bilidilib ki, stratostatın üzərinə bərkidilən borşla dolu qab və baget saniyədə altı metr sürətlə 30 min metr yüksəkliyə qaldırılıb. Qida təxminən 1,5 saata hədəf alınan yüksəkliyə çatıb. Uçuşu stratostanın kənarlarında quraşdırılan kameralardan izləmək mümkün olub. Şirkətin açıqlamasına görə, uşuça hazırlıq bir aya yaxın vaxt alıb.
Selcan
Sfera.az