Ukrayna kosmosa borş göndərdi - VİDEO

Ukrayna kosmosa borş göndərdi - VİDEO
Ukraynanın "Silpo" supermarketlər şəbəkəsi kosmosa borşla qarabaşaq yarmasından hazırlanmış baget çörəyi yollayıb. 
 
Sfera.az xəbər verir ki, bu addımın "Amazon” və aerokosmik "Blue Origin”şirkətinin  qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezosun iyulun 20-də  baş tutan kosmosa ilk suborbital uçuşundan bir gün əvvəl atılması diqqət çəkib.

Ticarət şəbəkəsi uçuşun videosunu da özünün rəsmi İnstagram hesabında paylaşıb. 

"Milyarderin ağlına belə gəlməz ki, ondan əvvəl atmosferdə Ukrayna məhsulları olub. Bütün planet kosmik səyahətləri izlədiyi bir vaxtda Ukrayna borşunun kosmosda olduğunu söyləmək üçün gözəl fürsət yarandı!”, - deyə  uçuşun təşkilatçısı, marketinq üzrə  direktor Yekaterina Oquryayeva deyib.
Bilidilib ki, stratostatın üzərinə bərkidilən borşla dolu qab və  baget saniyədə altı metr sürətlə 30 min metr yüksəkliyə qaldırılıb. Qida təxminən 1,5 saata hədəf alınan yüksəkliyə çatıb.  Uçuşu stratostanın kənarlarında quraşdırılan kameralardan izləmək mümkün olub. Şirkətin açıqlamasına görə, uşuça hazırlıq bir aya yaxın vaxt alıb. 

Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...