Ukrayna Donbasın silah gücünə azad edilməsinə hazırlaşır

Ukrayna Donbasın silah gücünə azad edilməsinə hazırlaşır
"Kiyev Rusiyada keçiriləcək parlament seçkilərindən sonra Donbasın silah gücünə azad edilməsi variantını nəzərdən keçirməlidir". 
 
Sfera.az-ın məlumatına görə, bu barədə "Obozrevatel” telekanalına Ukraynanın işğal olunmuş əraziləri üzrə keçmiş nazir müavini Yuri Qrımçak danışıb.

"Bunun siyasi-diplomatik yollarla baş verməsini istərdim, amma ordu silaha sarılmaq variantına da hazır olmalıdır", - deyə o, bildirib. 

Onun sözlərinə görə, Donbasda yaşayan rusların Dövlət Dumasına seçkilərdə iştirakı Moskvanın bu torpaqları ilhaq etmək niyyətindən xəbər verir.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov eyni vaxtda həm Rusiya, həm də Ukrayna vətəndaşlığı olan Donbas sakinlərinin 17-19 sentyabr tarixlərində keçiriləcək seçkilərdə maneəsiz iştirak edə biləcəyini söyləmişdi. 

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR