Ukrayna Baş Qərargah rəisi: \"100 min əsgər döyüşə hazırdır\"

Ukrayna Baş Qərargah rəisi: \
Ukraynada 100 min əsgərin döyüş əmri gözlədiyi açıqlanıb.
 
Sfera.az xəvər verir ki, Ukrayna Baş Qərargah rəisi, general-polkovnik Ruslan Homçak ölkəsində 100 min əsgərin müharibəyə hazır olduğunu açıqlayıb.

Ruslan Homçak bu haqda Donbasda gərginliyin artması fonunda dünən 2 Ukrayna əsgərinin həyatını itirməsi ilə əlaqədar danışarkən bildirib. O, bundan əvvəl parlamentdəki çıxışında Rusiyanın hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar Rusiya, Ukrayna və ATƏT-dən ibarət Üçlü Təmas Qrupu 2020-ci ilin 27 iyulundan etibarən hərtərəfli atəşkəs qərarı vermişdi.

Rusiyapərəst separatçıların martın 26-da Donbas bölgəsində atəşkəsi pozmasından və nəticədə 4 Ukrayna əsgərinin həyatını itirməsindən sonra iki ölkə arasındakı gərginlik pik həddə çatıb. 

Əzizə Zeynal 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...